T-Shirt kişi və qadınlar üçün ən məşhur geyim növüdür. Rahatlığı, sadəliyi və çox yönlülüyü sayəsində bu tip geyimlər yer üzündəki insanların 98%-inin qarderobunda mövcuddur. 70% kişilərin və 55% qadının şkaflarında 10-dan çox T-Shirt var.. 1950-ci illərə qədər T-shirt populyar deyildi və alt paltarı sayıldı. Hər şey Hollivud, xüsusilə Marlon Brando və Ceyms Dinin sayəsində dəyişdi. Bu gün bir köynəkdə siz restoran, teatr ziyarət edə və ya işə gələ bilərsiniz.